TƏDRİS XİDMƏTİ MÜQAVİLƏSİ No 2023031510

Bu müqavilə, bir tərəfdən, “EACAMP” kodlaşdırma məktəbi, digər tərəfdən arasında (bundan sonra “Tələbə” adlandırılacaq) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq bağlanılır. Bu müqavilə bağlanan gündən “EACAMP” və “Tələbə”nin arasında yaranmış münasibətlər, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti müqavilədə müəyyən edilmiş qaydalarla tənzimlənir.

1.MÜQAVİLƏNİN PREDMETİ

1.1. Bu müqavilənin predmetini, “EACAMP” tərəfindən Tələbənin “MERN Stack” proqramı üzrə tədris xidmətinin göstərilməsi, ”Tələbə” tərəfindən isə xidmətin təhvil alınması, xidmət haqqının ödənilməsi və digər öhdəliklərlə bağlı yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir.

2.TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

2.1. TƏLƏBƏ

2.1.1. “EACAMP”-ın proqramına uyğun dərslərdə iştirak edir

2.1.2. Tələbəyə fors-major halları (xəstəlik, iş ezamiyyəti, yaxınının vəfatı və s.) nəzərə alaraq 5 (beş) dəfə dərs buraxmaq imkanı verilir. Tələbə təlim ərzində 6 (altı) dəfə və ya daha çox dərsdə iştirak etməzsə, “EACAMP”-ın keyfiyyətli nəticəyə zəmanət verməməsi ilə razılaşır

2.1.3. Tələbə təlimin başlanması üçün təyin olunmuş vaxtdan 15 (on beş) dəqiqə gec olmayaraq, dərsə qoşulmalıdır.

2.1.4. Tələbə tədris olunan proqram üzrə keyfiyyətin əldə olunması üçün dərslərə hazırlıqlı qoşulur, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirir. Ev tapşırıqlarını vaxtında yerinə yetirir.

2.1.5. Tələbə tərəfindən EACAMP-a ödənilməli olan icra edilməmiş öhdəlik 0 (sıfır) manat qalıq borc təliminin başlandığı gündən etibarən 30 (otuz) gündən gec olmayaraq ödənilir

2.1.6. Tələbə qeydiyyatdan keçdikdən sonra hər hansı bir səbəbdən təlimə qatılmaqdan imtina etmək istəyərsə, kursun başlanma tarixindən ən azı 5 (beş) iş günü əvvəl “EACAMP”-a müraciət edərək, ödəmiş olduğu ödənişi geri tələb edə bilər. Bu halda müqaviləni vaxtından əvvəl pozduğuna görə tələbənin EACAMP-a ödəmiş olduğu məbləğin 30 faizi penya (cərimə) tutulmaqla ödənişin qalan hissəsi tələbəyə geri ödənilir. Kursun başlanmasına neçə gün qalmasından asılı olmayaraq tələbənin razılığı ilə ona tədris materialları verilsə, tələbənin ödəmiş olduğu ödəniş geri qaytarılmır.

2.1.7. Tələbə təlim üzrə qeydiyyatdan keçdikdən, təşkil olunacaq qrupun vaxtı müəyyənləşdirildikdən və tələbə həmin qrup üzrə dərslərə başladıqdan sonra başqa qrupa keçirilməsini istəyərsə, digər qrupa keçirilməsi mümkün olduğu halda təlimin dəyərinin 100 (yüz) faizi həcmində əlavə ödəniş edərək, digər qrup keçirilə bilər.

2.1.8. “EACAMP”-da nizam-intizama riayət edir

2.1.9. Tədris zamanı “EACAMP” tərəfindən ona verilən dərs materiallarının (elektron tədris vəsaiti, mühazirələr, sənəd nümunələri, video materiallar və s.) 3-cü tərəfə icazəsiz ötürülməməsinə təminat verir. Dərs materialları 3-cü tərəfə “EACAMP”-ın razılığı olmadan ötürülərsə, Tələbə “EACAMP”-a təzminat öhdəliyinin yaranması ilə razılaşır.

2.1.10. Hər hansı bir narazılıq meydana gələrsə, bu barədə yazılı və ya şifahi şəkildə məlumat bölməsinə bildirə və ya birbaşa rəhbərliyə müraciət edə bilər

2.1.11. Tələbə dərs müddətində məsuliyyətli və nizam-intizamlı olmazsa, təlimçi (müvafiq EACAMP əməkdaşı) tərəfindən xəbərdalıq alacaqdır. Bu hal ikinci dəfə təkrarlanarsa, tələbə yazılı şəkildə (Slack, sms və ya e-mail vasitəsilə) xəbərdarlıq alacaqdır. Bu hal üçüncü dəfə təkrarlanarsa, tələbə təlimlərdən kənarlaşdırılacaqdır və tələbənin ödəmiş olduğu ödəniş “EACAMP” tərəfindən geri ödənilməyəcəkdir.

2.1.12. “EACAMP”-da təlimə qatıldığı üçün “EACAMP Scholarship” təqaüd proqramı tərəfindən təqaüdlə mükafatlandırılan tələbə “EACAMP” tərəfindən onun məlumatlarının (ad, soyad, təhsil, iştirak etdiyi təlim, imtahan nəticəsi, fotoşəkli) reklam və karyera məqsədləri üçün paylaşılacağı ilə razılaşır.

2.2. “EACAMP”

2.2.1. Dərslərin tədris edilməsini təmin edir; 2.2.2. Tədrisin keyfiyyətinə zəmanət verir

2.2.3. Dərsin vaxtında keçirilməsini və lazımi texniki şəraitin yaradılmasını təmin edir

2.2.4. Dərsin başlanma vaxtı haqqında dərsin başlanma vaxtından ən azı 15 (on beş) dəqiqə əvvəlcədən Whatsapp mobil əlavəsi və ya Slack platforması vasitəsilə ismarıc göndərərək tələbəni məlumatlandırır; Tələbə Whatsapp mobil əlavəsindən və ya Slack platformasından istifadə etmədikdə və ya “EACAMP”-dan asılı olmayan səbəblərdən tələbə ilə telefon əlaqəsi yaratmaq mümkün olmadıqda, tələbəyə dərsin başlanma vaxtı ilə bağlı məlumatın verilməməsinə görə “EACAMP” məsuliyyət daşımır.

2.2.5. Tədris prosesinə aid olan elektron dərs vəsaitlərini tələbəyə https://school.eacampschool.com e-learning platforması vasitəsi ilə göndərir. Bundan başqa əsas dərslərin vaxtlarında baş vermiş dəyişikliklər, əlavə dərslər və proyekt həftəsinin vaxtları barədə məlumatlar Tələbəyə Slack və ya Whatsapp mobil əlavəsi vasitəsilə çatdırılır. Tələbə Whatsapp mobil əlavəsindən istifadə etmədikdə və ya digər hallarda, tələbəyə elektron dərs vəsaitlərinin göndərilməməsinə və yuxarıda sadalanan məlumatların çatmamasına görə “EACAMP” məsuliyyət daşımır

2.2.6. “EACAMP” tələbənin ən azı 6 (altıi) dərsdə iştirak etməməsi halında keyfiyyətli nəticəyə görə məsuliyyət daşımır

3.ÖDƏNİŞ MÜDDƏTİ, ŞƏRTLƏRİ VƏ QAYDALARI

3.1. Ödəniş tələbə qeydiyyata alındığı gün həyata keçirilir.

3.2. Hüquqi şəxslərlə (Korporativ) bağlanmış müqavilələrdə ödəniş bir dəfəlik alınır.

3.3. Fiziki şəxlərlə bağlanmış müqavilələrdə ödəniş bir dəfəlik və ya ümumi məbləğ tədris müddətindəki aylara bölünərək aylıq ödənilə bilər.

4. ТƏRƏFLƏRİN MƏSULİYYƏTİ

4.1. Hazırkı Müqavilədə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə görə tərəflər qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş şərtlərlə və qaydada məsuliyyət daşıyırlar.

5. FORS-МАJOR

5.1. Tərəflərdən biri özündən asılı olmayan (təbii fəlakətlər, tələblərin yerinə yetirilməsinə əngəl törədən qanunvericilik aktlarının qəbulu və bu kimi) hallara görə Müqavilə şərtini pozduqda, bir həftə müddətində digər Tərəfi yazılı və ya şifahi surətdə xəbərdar etməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi isə yuxarıda göstərilən vəziyyətin qüvvədə qaldığı müddətə qədər təxirə salınır.

5.2. Fors-major vəziyyətinin yarandığı barədə digər Tərəfi xəbərdar etməyən, yaxud ona vaxtında xəbər verməyən Tərəf hazırkı Müqavilənin “5.1.” bəndindən istifadə etmək hüququndan məhrum olunur.

6. МÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

6.1. Bu Мüqavilə üzrə, yaxud bununla əlaqədar Tərəflər arasında meydana çıxan bütün mübahisə və fikir ayrılıqları Tərəflər arasında danışıq aparmaq yolu ilə aradan qaldırılır.

6.2. Mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

7. МÜQAVİLƏNİN FƏALİYYƏT MÜDDƏTİ, DƏYİŞDİRİLMƏ VƏ LƏĞVİ QAYDASI

7.1. Bu müqavilə Tərəflərin onu imzaladıqları andan qüvvəyə minir və bütün öhdəliklər yerinə yetirilənədək qüvvədədir.

7.2. Hazırkı Müqavilənin şərtləri yalnız Tərəflərin qarşılıqlı razılığına əsasən dəyişdirilə bilər. Hazırkı Müqavilənin dəyişdirilməsi və ona əlavə edilməsi haqqında Saziş yalnız o zaman bağlana bilər ki, yazılı surətdə tərtib olunsun və Tərəflərin ikisi də onu imzalasın.

8. YEKUN MÜDDƏALAR

8.1. Qarşılıqlı tələblər yerinə yetirildikdən, Tələbə və “EACAMP” arasındakı bütün ödəniş hesablaşmaları tənzimləndikdən sonra Müqavilə bitmiş hesab olunur.

Direktor: Elşad Ağayev